Zəfər filmlərinin çəkilməsinə yenə pul ayrılacaq - Nazir

 Zəfər filmlərinin çəkilməsinə yenə pul ayrılacaq -  Nazir
  10 Noyabr 2022    Oxunub:1486
Vətən müharibəsində qazandığımız Zəfərlə bağlı yeni filmlərin çəkilməsinə bu ilin dövlət büdcəsində maliyyə ayrılıb.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Cari ildə olduğu kimi, gələn ilin büdcəsindən də müvafiq olaraq filmlər üçün aiddiyatı qurumlara maliyyə ayrılır. İndi onların necə yerinə yetirilməsinə diqqət yetirmək lazımdır”, - nazir bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti