Çiy dönər istehsalı müəssisəsində pozuntular aşkarlanıb

Çiy dönər istehsalı müəssisəsində pozuntular aşkarlanıb
  31 Oktyabr 2022    Oxunub:693
Çiy dönər istehsalı müəssisəsində pozuntular aşkarlanıb.
Bu barədə AzVision.az -a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirlib ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran-Kürdəxanı şosesi 14-cü kilometr ünvanında fəaliyyət göstərən fiziki şəxs Əlövsət Hətəm oğlu Musayevə məxsus çiy dönər istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, həmçinin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkar edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə riayət olunmadığı, qida tullantılarının üstü açıq qablara yığılaraq kənarlaşdırıldığı, xammal və inqridiyentlərin çirklənmədən mühafizə olunmadığı və digər nöqsanlar müəyyən olunub. Aşkar edilmiş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.

AzVision.az



Teqlər:





Xəbər lenti