Laçında minaya düşən şəxslərdən biri ölüb

   Laçında minaya düşən şəxslərdən biri ölüb
  22 Oktyabr 2022    Oxunub:1023
Ötən gün Laçında minaya düşən şəxslərdən biri ölüb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən AzVision.az -a verilən xəbərə görə, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib:

"Minalı ərazidə baş verən hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub. 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırır. Unutmayın, yanlış atılan hər bir addım həyatınızı itirməyə səbəb ola bilər!".

AzVision.az



Teqlər:





Xəbər lenti