“Avroviziya”nın keçiriləcəyi şəhər açıqlandı

   “Avroviziya”nın keçiriləcəyi şəhər açıqlandı
  07 Oktyabr 2022    Oxunub:741
“Avroviziya 2023” mahnı müsabiqəsi may ayında Liverpulda keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytında yazılıb. Bildirilir ki, müsabiqə 2023-cü ilin may ayında Liverpuldakı M&S Bank Arenadan canlı olaraq keçiriləcək.

Birinci yarımfinal 2023-cü il mayın 9-da, ikinci yarımfinal mayın 11-də, final isə mayın 13-də baş tutacaq.

Qeyd edək ki, “Avroviziya” 9-cu dəfədir Böyük Britaniyada keçiriləcək.

AzVision.az

Teqlər:







Xəbər lenti