“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırıb

   “Qarabağ” Azərbaycanın xal ehtiyatını artırıb
  07 Oktyabr 2022    Oxunub:704
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.
Bu, “Qarabağ”ın Avropa Liqasının G qrupunun III turunda Yunanıstanda “Olimpiakos” üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 3.000-ə, son beş mövsümdə isə 15,625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,250 xalı var.

AzVision.az



Teqlər:





Xəbər lenti