Ordunun `nurçu`lardan təmizlənməsi başladı

Ordunun `nurçu`lardan təmizlənməsi başladı
  04 May 2014    Oxunub:1021
Fətullah Gülənə məxsus “paralel hökumət” şəbəkəsinin üzvləri ilə yaxın münasibətdə olan şəxslər Türkiyə Silahlı Qüvvələri (TSK) sıralarından uzaqlaşdırılacaqlar.
Türkiyə ordusunun Güləçilərdən təmizlənmə prossesi 12 aprel tarixində qəbul olunan yeni qərara əsasən həyata keçiriləcək. Artıq bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirildiyi bildirilir.

Gülənçilərlə əlaqələri olan hərbçilərin siyahısının avqust ayında keçiriləcək iclasda Yüksək Əsgəri Şuraya təqdim ediləcəyi bildirilir. İclasdan sonra “paralel hökumət” şəbəkəsinin üzvlərinə yaxın olan hərbcilər ordu sıralarında uzaqlaşdırılacaqlar.

Türkiyə Mili Təhlükəsizlik Komitəsindən də bu məsələyə aydınlıq gətiriblər: “Beynəlxalq təhlükəsizliyimizi şübhə altına salan quruluşlar və onlara qarşı görüləcək tədbirləri müzakirə etmişik”.

`Ans-Press`in verdiyi məlumata görə, Türkiyədə bir müddət bundan öncə dövlət sirlərini satan və ideoloji fəaliyyətlə məşğul olan şəxslərin TSK sıralarından uzaqlaşdırlması ilə bağlı qanun qəbul edilib.


Teqlər:





Xəbər lenti