Azərbaycan Əfqanıstanda yardım göndərib

Azərbaycan Əfqanıstanda yardım göndərib
  04 May 2014    Oxunub:1349
Əfqanıstanda selin yaratdığı fəsadlardan əziyyət çəkənlər üçün nəzərdə tutulan yardım mayın 4-də Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola salınıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında göndərilən 114 tonluq humanitar yardıma qida məhsulları – yağ, makaron, şəkər, düyü və s., habelə ədyal, geyim əşyaları və digər zəruri tələbat malları daxildir.

Ümumi dəyəri 110 min 500 manat olan yardın mayın 4-də günortadan sonra Əfqanıstanın paytaxtı Kabil şəhərinə çatacaq.

Yardım Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən Əfqanıstan hökumətinə təqdim olunacaq.

Qeyd edək ki, mayın 2-də Əfqanıstanın Bədəxşan əyalətində baş verən sel daşqınları nəticəsində 2000-dən çox insan ölüb, xeyli insan yaralanıb və evsiz-eşiksiz qalıb.

Foto: `Trend`


Teqlər:  





Xəbər lenti