Odessada ölənlərin sayı 46 nəfərə çatdı

Odessada ölənlərin sayı 46 nəfərə çatdı
  03 May 2014    Oxunub:1009
Odessada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Odessa vilayət prokurorluğundan məlumat verilib.

Ölənlərdən 40 nəfəri Həmkarlar İttifaqı Evinin binasında, 6 nəfəri Odessanın mərkəzində həlak olub.

Qeyd edək ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 200 nəfər, o cümlədən 22 milis əməkdaşı xəsarət alıb. Faciəli olaylarla əlaqədar şəhərdə üç günlük matəm elan olunub. Faktla bağlı cinayət işi açılıb, iğtişaşlarda iştirak edən 130 nəfər saxlanılıb.


Teqlər:





Xəbər lenti