Gülən olayında son sözü Obama deyəcək
Türkiyə mətbuatının yazdığına görə, ABŞ dövlət katibinin sözcüsü Gülənin qaytarılması ilə bağlı jurnalsitlərin sualını cavabsız qoysa məsələ birbaşa Obamanın nəzarətindədir.
Hüquqşünasların sözlərinə görə, Fətullah Gülənin Türkiyəyə geri verilməsi üçün ilk öncə onun barəsində öz ölkəsində həbs qərarı olmalıdır:
“Bu barədə qərar qəbul ounarsa, o, Türkiyənin Ədliyyə Nazirliyi tərəfindən ABŞ-a göndəriləcək, daha sonra bu məsələ Gülənin yaşadığı Pensilvaniya əyalətinin yerli prokurorluğuna tapşırılacaq. Yerli məhkəmədə proses başladılacaq”.
Ekspert Efe Poturoğlu vurğulayıb ki, əgər Gülən təqsirli bilinərsə, o, həbs olunacaq, amma ABŞ-ın Türkiyə tərəfinin tələbini rədd etmək hüququ da var. Bütün bunlara baxmayaraq Gülənin Türkiyəyə qaytarılmasında son sözü məhz ABŞ prezidenti Barak Obama deyəcək.
“Türkiyə və ABŞ arasında imzalanan müqaviləyə görə, hər hansısa şəxsin təhvil verilməsini tələbinin hansı əsaslarla rədd edilə biləcəyini göstərən xüsusi siyahı var. Bu şərtlərdən biri də odur ki, əgər şəxs siyasi əqidəsinə görə geri tələb olunursa, onda bu istək rədd edilə bilər”.
Fatimə Kərimli