Ukraynada Slavyansk şəhərinin meri istefa verdi

Ukraynada Slavyansk şəhərinin meri istefa verdi
  01 May 2014    Oxunub:853
Ukraynada Slavyansk şəhərinin meri Nelya Ştepa istefa verib.
AzVision.az-ın verdiyi məlumata görə, istefa özünü şəhərinin “xalq meri” adlandıran Vyaçeslav Ponomaryovun təzyiqi ilə əlaqələndirilir.

Donetsk vilayətinin dövlət administrasiyası tərəfindən yayılan məlumatda Slavyanskda vəziyyətin mürəkkəbləşdiyi bildirilir.

“Separatçı hərəkatın lideri V.Ponomaryov şəhər rəhbərliyinə hədə-qorxu gəlməkdə davam edir. Onun sərəncamlarını yerinə yetirmədikdə isə müharibə vaxtı qanunlarına uyğun hərəkət edəcəyi ilə təhdid edir. Bu səbəbdən bu gün şəhər sovetinin iclasında deputatlar yekdilliklə Nelya Ştepanın istefasının lehinə səs veriblər”, - sənəddə deyilir.


Teqlər:





Xəbər lenti