Dəmiryolu vağzalında partlayış baş verdi
Partlayış baş verən əraziyə təcili yardım maşınları və polislər toplaşıblar. Hadisə yerində çoxlu sayda yaralıların olduğu bildirilir.
Çinin “Sinxua” informasiya agentliyi xəbər verir ki, artıq polis qüvvələri ərazini mühasirəyə alıb, kənar şəxslərin hamısını ərazidən təxliyyə edilirlər. Yaralılar isə xəstəxanalara göndərilir. Həmin istiqamətdə qatarların hərəkəti dayandırılıb.
Urumçi şəhərində partlayış Çin Xalq Respublikasının rəhbəri Si Tsinpinin Uyqur Muxtar rayonunun paytaxtı Sintsyana və ümumilikdə regiona olan 4 günlük səfəri başa çatandan bir neçə saat sonra baş verib.
Teqlər: