"Onun böyük gələcəyi var" - Emreli

"Onun böyük gələcəyi var" -    Emreli
  30 İyul 2022    Oxunub:1194
“İlk növbədə qalib gəldiyimizə sevinirəm. Vurduğum qol isə mənim üçün xoş bir bonusdur”.
AzVision.az xəbər verir ki, bu sözləri “Dinamo”nun hücumçusu Mahir Emreli dünən Xorvatiya liqasının 2-ci turunda “İstra 1961”lə oyundan sonra klubun TV kanalına müsahibəsində deyib.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Mahir də görüşün iştirakçısı olub. Zədədən yeni qayıdan futbolçu 81-ci dəqiqədə meydana buraxılıb və 7 dəqiqədən sonra komandasının 4-cü qolunu vurub. Bu, Mahirin yeni mövsümdə "Dinamo"da ilk qolu olub.

M.Emreli deyib: “Aldığım zədə məni çox narahat edirdi. Belimdə problemlər vardı. İndi özümü əla hiss edirəm və komandama kömək edə bilərəm. Bilmirəm, növbəti oyunda meydanda neçə dəqiqə olacağam, amma gücüm çatan ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, oyundan oyuna istədiyim formaya düşəcəm. Axı, mən artıq 6 matçı buraxmışam. Zədədən sonra əvvəlki formanı yığmaq çətin olur. Amma çalışacağam”.

Emreli psixoloji durumu barədə danışarkən deyib: “Mən “Dinamo”nun oyunçusuyam, ona görə də sakit olmalıyam. Zədələr olur. Amma biz peşəkarıq. Odur ki, psixoloji baxımdan yaxşıyam. Axı, bizim əla komandamız var. Meydanda olan və olmayan bütün uşaqlarla gözəl münasibətdəyik. Mən bundan razıyam”.

Martin Martin Baturinin ona verdiyi qol ötürməsi barədə də danışıb: “Mən elə Martinə görə qol vurdum ki, onun statistikası yaxşılaşsın (gülür). Əgər ciddi danışsaq isə Martinin oyunu xoşuma gəlir. Onun böyük gələcəyi var. Bu epizodda o, əla oynadı”.

AzVision.az



Teqlər:





Xəbər lenti