Bakının bütün rəqibləri bəlli oldu

Bakının bütün rəqibləri bəlli oldu
  28 Aprel 2014    Oxunub:1156
Dünən rəsmən AVRO-2020-nin matçlarına ev sahibliyi etmək üçün olunan müraciətlərin müddəti başa çatıb.
Sonuncu müraciət edən tərəf Belçika olub. Belçikalılar paytaxt Brüsseli sifariş edib.

Beləliklə, UEFA 19 futbol assosiasiyasından Sifariş kitabı qəbul edib. Bu isə o deməkdir ki, sentyabrda bunlardan 6-sı kənarda qalacaq. Namizədlər arasında AFFA Bakının adını Sifariş kitabında UEFA-ya təqdim edib.

12 standart paketə (qrup mərhələsinin 3 oyunu və pley-offun 1 qarşılaşması) aşağıdakı şəhərlər namizəddir: Bakı (AZƏRBAYCAN), London (İngiltərə), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Kopenhagen (Danimarka), Qüds (İsrail), Dublin (İrlandiya), Bilbao (İspaniya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Kardiff (Uels), Stokholm (İsveç), Qlazqo (Şotlandiya).

Yerdə qalan 1 paketə (yarımfinal və final matçları) isə 2 şəhər namizəddir. Bunlar İngiltərənin London və Almaniyanın Münxen şəhərləridir. UEFA 13 təşkilatçı assosiasiyanın adını sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək İcraiyyə Komitəsinin iclasında müəyyənləşdirdikdən sonra ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, əvvəl Avropa çempionatını keçirmək istəyi ilə 32 assosiasiya istəyini ifadə etmişdi. Yaxınlarda isə Helsinki (Finlandiya), Praqa (Çexiya), Varşava və Xojuv (hər ikisi Polşa) şəhərlərində qitə birinciliyinin keçirilməyəcəyi aydın olmuşdu.


Teqlər:





Xəbər lenti