Rəqsanə qızının toyuna gəlməmə səbəbini açıqladı

 Rəqsanə qızının toyuna gəlməmə səbəbini açıqladı
  01 İyul 2022    Oxunub:3979
Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın toyunda iştirak etməməsinin səbəbini açıqlayıb.
AzVision.az xəbər verir ki, ifaçı səhhətində yaranan problemə görə məclisə qatıla bilmədiyini deyib:

“Qismət elə gətirdi ki, səhhətimdə yaranan problemlərə görə qızımın toyunda iştirak edə bilmədim. Hələ də qızdırmam var. Bu gün yenidən həkimə gəldik. Müayinə olunuram. Onsuz da Aysunumun nişanı toy kimi oldu. İnşallah, yaxşı olaram. İyulun 25 - də Bakıda oğlumun məclisində yenidən dostlarla bir araya gələcəyik. Allah qismət etsə. Mən övladımı elə bir insana etibar etmişəm ki, maşallah olsun hər zaman. Eşqin Aysunun arxa-dayağı olacaq. Aygün xanım, Sahib müəllim də Aysunu gəlinləri yox, qızları kimi sevirlər”.

Qeyd edək ki, Aysunun toyu dünən dənizkənarı restoranların birində baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti