Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçiriləcək
  28 İyun 2022    Oxunub:1923
Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi’nin təşkilatçılığı ilə Bakida Milli Qurama Festivalı keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə məlumat yayıb. O bildirib ki, festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək.

Tədbirdə, həmçinin qurama ilə bağlı şeir və bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.

Festival 7 iyul - 7 avqust 2022-ci il tarixlərində Bakının bir necə məkanında baş tutacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti