Qvardiola Madriddə ilk dəfə uduzdu

Qvardiola Madriddə ilk dəfə uduzdu
  24 Aprel 2014    Oxunub:1105
Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"la ilk oyununda məğlub olan (0:1) "Bavariya"nın baş məşqçisi Pep Qvardiola karyerasında ilk dəfə Madrid şəhərində məğlub olub

AzVision.azun məlumatına görə, ispaniyalı mütəxəssis ilk dəfə "Santyaqo Bernabeo"da məğlubiyyətə üzülüb. O, "Barselona"nı çalışdırarkən "Real"ın meydanında keçirdiyi 6 oyunun heç birində məğlub olmayıb.

Bundan əlavə "Real"a qarşı 16-cı oyununa çıxan Qvardiola 3-cü məğlubiyyətini almış oldu

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti