Nazir Cahangir Əsgərovun adamları işdən qovuldu

  23 Aprel 2014    Oxunub : 635
Nazir Cahangir Əsgərovun adamları işdən qovuldu
Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfrasında 18 atletin dopinq istifadəsi ilə bağlı görülən işlərdən danışıb.
AzVision.az-ın məlumatına görə, nazir bildirib ki, bununla bağlı Ağır Atletika Federasiyanın icraçı direktoru İskəndər Əsgərov işdən azad olunub.

Azad Rəhimov bildirib ki, direktorla yanaşı federasiyanın bir neçə həkimi və məşqçisi işdən azad olunub:

“Hazırda həmin məsələni araşdırırıq. Sözsüz ki, nazirlik və Azərbaycan hökuməti bununla bağlı davamlı addımlar atacaq. İşdən azad olunmadan savayı bilməliyik ki, nə qədər idmançımız dönq istifadə edir”.

GİN rəsmisi Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını da tənqid edib: “ Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bunu nə üçün bir il sonra açıqlayıb? Bu müddət ərzində onlar niyə oyunlara buraxılıb? Bunları araşdırmaq lazımdır. Təkcə Azərbaycan deyil, 2013-cü ildə 26 ölkə Ermənistandan başqlayaraq Kanadaya qədər hamısında bu fakt olub. 2012-ci ildə heç bir azərbaycanlı dopinq istifadə edən idmançılar sırasına daxil olmayıb”.

Fatimə Kərimli

Teqlər: