Ohayoda müəllimlər dərsdə silah gəzdirə biləcəklər

Ohayoda müəllimlər dərsdə silah gəzdirə biləcəklər
  15 İyun 2022    Oxunub:2067
ABŞ-ın Ohayo ştatında Qubernator Mayk DeVayn tərəfindən imzalanan yeni qanuna əsasən, ştatın məktəblərində çalışan müəllimlər və işçilər 24 saatlıq təlimi başa vurduqdan sonra payızda başlayacaq yeni dərs ilində icazə vəsiqəsi olmadan sinif otaqlarında üzərilərində silah gəzdirə biləcəklər.
AzVision.az xəbər verir ki, “Silahlı müəllim hazırlığı qanunu” 90 gün ərzində qüvvəyə minəcək. Qanuna əsasən, təlim saatlarının sayı 728-dən 24-ə endiriləcək. Müəllimlər və məktəb işçiləri, o cümlədən qapıçılar və avtobus sürücüləri də hər il əlavə 8 saat silah təlimi keçməli olacaqlar.

Silah daşımaq üçün təlim keçmiş bütün məktəb işçiləri hər il cinayət keçmişinin yoxlanılması prosedurundan keçməlidirlər. Ohayo ştatında 200-ə yaxın məktəb var.

AzVision.az



Teqlər: Silah   ABŞ  





Xəbər lenti