"Həqiqətən çox ciddi rəqibdir"- Qurban Qurbanov

"Həqiqətən çox ciddi rəqibdir"-     Qurban Qurbanov
  14 İyun 2022    Oxunub:2356
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Polşanın “Lex” komandası ilə qarşılaşacaq. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib.
AzVision.az xəbər verir ki, mütəxəssis UEFA Çempionlar Liqasında zəif komandanın olmadığını deyib: “Bütün komandalar öz ölkəsinin çempionlarıdır. Avrokuboklarda iştirak edən komandaların təcrübəsi çoxalıb. Hər bir rəqib həm klub olaraq, həm də komanda olaraq çox ciddi hazırlaşır. Bütün komandalar anlayır ki, bu turnirdə uğurlu çıxış etmək həm gələcək perspektivləri baxımından vacibdir, həm də maddi üstünlüklər əldə etmək olar. Çempionlar Liqasının bu təsnifat mərhələsində potensial rəqiblərimiz arasında ən güclü komandalarından biri “Lex” idi”.

Q.Qurbanov deyib ki, “Lex” bu il 100 illiyini qeyd edir. 2022-ci ilə xüsusi yanaşırlar. Əbəs yerə deyil ki, 7 il sonra Polşa çempionu oldular. Bu komanda da püşkdə bizə rəqib oldu. Hər bir rəqibə qarşı ciddi hazırlaşırıq. İnanıram ki, püşkdə bu rəqibin düşməsi bizi və futbolçuları daha da məsuliyyətli edəcək. Futbolçuların çoxunun istirahətə vaxtı yoxdur. Öncə bu rəqibə qarşı öz idman formamızı yaxşılaşdırmalıyıq. Çalışacağıq ki, ən düzgününü, doğrusunu edək. Həqiqətən çox ciddi rəqibdir. Az vaxtda çalışmalıyıq ki, rəqibə qarşı çox düzgün hazırlıq keçək.

AzVision.az



Teqlər:





Xəbər lenti