Yeni tədris ilində bu yeniliklər olacaq - Nazir açıqladı
Nazir bildirib ki, yeniliklərlə bağlı 2022-2023-cü tədris ilinin əvvəlində danışılsa yaxşı olar:
"Qısa olaraq onu deyə bilərəm ki, yeni tədris ilində daha çox məktəblərə İKT avadanlıqlarının verilməsi və ondan düzgün istifadəsinə diqqət yetiriləcək. Bəzi məktəblərdə bununla bağlı saylar dəqiqləşdirilir. Summativ qiymətləndirmənin, ümumilikdə bütün qiymətləndirmənin elektron qaydada keçirilməsi və valideynlərlə ünsiyyətin, elektron jurnalların artırılması planlaşdırılır".
Onun sözlərinə görə, yeni tədris ilində innovativ məktəblərin yaranması da hədəflər arasındadır.
Aytən Zəhra
AzVision.az
Teqlər: