Baş məşqçi ukraynapərəst olmadığına görə qovuldu

   Baş məşqçi ukraynapərəst olmadığına görə qovuldu
  09 İyun 2022    Oxunub:903
Krivoy Roq (Ukrayna) şəhərinin "Krivbas" futbol klubu gənclərdən ibarət komandasının baş məşqçisi Vitali Vitsenetsi ukraynapərəst mövqe tutmadığına görə istefaya göndərib.
AzVision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı bəyanat yayıb. Eyni səbəbdən baş məşqçinin köməkçisi Stanislav Dyaçenkonun da qovulduğu bildirilib:

“Krivbas" aydın və birmənalı Ukraynayönlü mövqeyə malikdir. Ukrayna suveren müstəqil dövlətdir. Baş verənlərə fərqli baxış klub üçün qəbuledilməzdir. "Krivbas" üçün başqa mövqe yoxdur. Klub buna göz yumub, heç kimə haqq qazandırmayacaq. Əminik ki, fərqli fikirdə olanlar üçün “Krivbas” adlı böyük ailədə yer yoxdur. Bunu nəzərə alaraq, "Krivbas" U-19 komandasının məşqçisi Vitali Vitsenets və onun köməkçisi Stanislav Dyaçenko ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Yaşasın Ukrayna!"

Xatırladaq ki, Vitali Vitsenets futbolçu karyerası ərzində Donetsk “Şaxtyor”u, “Zorya Luqansk”, “Mariupol” və “Sevastopol”da çıxış edib.

AzVision.az



Teqlər:





Xəbər lenti