Dələduzluqda təqsiləndirilən sayt rəhbərinin məhkəməsi başlayır

Dələduzluqda təqsiləndirilən sayt rəhbərinin məhkəməsi başlayır
  31 May 2022    Oxunub:1570
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsiləndirilən Etibar Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. AzVision.az Report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, E.Əliyev (Etibar Toğrul) “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında redaktor kimi fəaliyyət göstərib.

O, “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portalının rəhbəridir.

E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

AzVision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti