Məmmədyarov "Norway Chess"ə qələbə ilə başladı

Məmmədyarov "Norway Chess"ə qələbə ilə başladı
  31 May 2022    Oxunub:1920
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçiriblər.
Məmmədyarov I turda norveçli Aryan Tari ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster 28-ci gedişdə heç-heçəyə razılaşıb. Lakin Məmmədyarov ikinci görüşdə rəqibinə qalib gəlib. O, 36-cı gedişdə Tarini təslim olmağa məcbur edib.

Rəcəbov isə ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayıb. Görüş 38-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

AzVision.az



Teqlər:





Xəbər lenti