Azərbaycanlı hakim İstanbulda mükafata layiq görüldü
31 May 2022
Oxunub:2176
Bu günlərdə Türkiyənin paytaxtı İstanbul şəhərində WAKO təqviminə uyğun olaraq kikboksinq üzrə dünya kuboku keçirilib. AzVision.az xəbər verir ki, azərbaycanlı kikboksinq hakimi Türkiyədə keçirilən kikboksinq üzrə dünya kubokunda mükafata layiq görülüb.
Yarışda Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının müavini, beynəlxalq “A” dərəcəli hakim Aydın Ağabəyov da ədalət təmsilçisi kimi dəvət edilib. Aydın Ağabəyov Yarışın final döyüşlərini idarə edib. WAKO yarışın seçilmiş hakimi kimi WAKO - Dünya Kikboksinq Təşkilatları Birliyinin prezident Roy Baker və Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı tərəfindən mükafata layiq görülüb.