“Fənərbağça” dünya tarixinə düşəcək

“Fənərbağça” dünya tarixinə düşəcək
  21 Aprel 2014    Oxunub:1061

“Fənərbağça” klubuna artıq çempionluq üçün bərabərlik də bəs edəcək.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” gələn həftə evində “Rizəspor”dan bir xal almağı bacarsa çempionluq kubokunu muzeyinə götürəcək.

Sona 4 tur qalmış` Beşiktaş`dan 12, `Qalatasaray`dan 14 xal öndə olan `Fənərbağça` yalnız möcüzə nəticəsində çempionluqdan məhrum ola bilər.

Əgər bu baş verərsə dünya tarixində ilk hadisə yaşanmış olacaq.
Cəzasına görə, ev oyununu gələn tur yalnız qadın və uşaq azarkeşlərin önündə meydana çıxacaq. Həmin oyunda xal qazanacağı halda dünya tarixində yalnız qadın və uşaqlar önündə çempionluğunu elan edən ilk komanda olacaq.

Emin Piri



Teqlər:  





Xəbər lenti