UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşdi

   UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşdi
  26 May 2022    Oxunub:1312
İtaliyanın "Roma" klubu UEFA Konfrans Liqasının 2021/2022-ci il mövsümünün qalibi olub. AzVision.az xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda “Roma” klubu Niderlandın “Feyenoord” komandasına minimal hesabla qalib gəlib - 1:0.
Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən oyunda yeganə qolun müəllifi Nikolo Zaniolo olub. “Roma” 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazanıb. "Roma" buna qədər avrokuboklarda yeganə uğuruna 1961-ci ildə imza atıb. Belə ki, klub Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.

AzVision.az


Teqlər: Roma   UEFA  





Xəbər lenti