Məşhur müğənni Ukraynaya görə Moskvadan deportasiya olunur

Məşhur müğənni Ukraynaya görə Moskvadan deportasiya olunur
  25 May 2022    Oxunub:1337
Məşhur rus və özbək müğənnisi Nərgiz Zakirova Moskvanın Domodedovo hava limanında saxlanılıb. O, Daşkənddən gəlirmiş.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, müğənni deportasiya oluna bilər.

Zakirovanın menecerləri onun saxlanması ilə bağlı vəziyyəti hələlik şərh etməyiblər.

Xatırladaq ki, yerli media Nərgizin bu ilin aprelində Ukraynadakı müharibəyə görə Özbəkistana getdiyini yazırdı. Müğənni isə öz evində ailəsi ilə vaxt keçirdiyini, həmçinin yaradıcı layihələrlə məşğul olduğunu etiraf edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Müğənni  





Xəbər lenti