Bədii gimnastika çempionatından FOTOLAR

  19 Aprel 2014    Oxunub : 2059
Bədii gimnastika çempionatından FOTOLAR
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçirilir. Yarışlarda 25 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar da iştirak edirlər.
Çempionata Respublika Kompleks İdman Məktəbi və “Baku Flames” klubunun gimnastları ilə yanaşı, “Neftçi”, Bakı Gimnastika Məktəbi, “Spartak”, Şağan Olimpiya İdman Kompleksi və “Ocaq Sport Klubu”nun idmançıları da qatılıblar. Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışırlar.

Azərbaycanın hazırkı çempionu Marina Durunda öz titulunu qoruyub saxlamaq və ikinci dəfə qızıl medal qazanmaq niyyətindədir. Birinci yer uğrunda mübarizədə onun əsas rəqibləri Lalə Yusifova, Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva hesab olunurlar.

Yarış iyunun 13-dən 15-dək keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test turniri xarakteri daşıyır.

Foto


Teqlər: