Xalq aristi Xoreoqrafiya Akademiyasından niyə narazıdır?

 Xalq aristi Xoreoqrafiya Akademiyasından niyə narazıdır?
  18 May 2022    Oxunub:6232
“Bakı Xoreoqrafiya Akademiyasının rektor vəzifəsini Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli icra edəndə 8 ay ərzində orada ab-hava dəyişmişdi. O, hər problemə qulaq asırdı. İstedadlı uşaqların üzə çıxmasına çalışırdı. Ancaq onu işləməyə qoymadılar".
"Görün kimləri itirmişəm, bu, çox ağır hissdir" - Azərbaycanın 93 yaşlı rəqqasəsi
Bunu Xalq artisti Roza Cəlilova AzVision.az -a müsahibəsi zamanı deyib. 93 yaşlı rəqqasə bildirib ki, hazırda Xoreoqrafiya Akademiyasında əvvəlki ab-hava yoxdur: "Milli kadrlar oradan gedir. Mən nazirliyi də məsələdən agah etmişəm. Gənclərimizin gələcəyini düşünmək lazımdır",- deyə Xalq artisti narazılığını dilə gətirib.

Qeyd edək ki, Xoreoqrafiya Akademiyasının kollektivi bu ittihamlarla razı deyil. İncəsənət ocağının bizimlə söhbət edən həm gənc, həm də təcrübəli pedaqoqları əksinə, son vaxtlar kollektivdaxili münasibətlərin sağlamlaşdığını, yaradıcı və demokratik ab-havanın olduğunu bildiriblər. Onların sözlərinə görə, rəhbərlik gücü çatan səviyyədə problemlərin həllinə çalışır.

AzVision.az yaxın günlərdə Xoreoqrafiya Akademiyasındakı real vəziyyətlə bağlı geniş materialı oxucularına təqdim edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   İncəsənət  





Xəbər lenti