Rusiya hərbçiləri "Azovstal"da danışıqlar aparır

   Rusiya hərbçiləri "Azovstal"da danışıqlar aparır
  16 May 2022    Oxunub:490
Rusiya hərbçiləri Azovstalda Ukrayna tərəfi ilə danışıqlar aparır. AzVision.az xəbər verir ki, bu barədə "Rossiya 1" kanalının efirində tanınmamış DXR-in "Vostok" briqadasının komandiri Aleksandr Xodakovski bildirib.
O bildirib ki, müəssisənin ərazisindən ağ bayraq altında doqquz ukraynalı hərbçi tuneldən çıxıb. Xodakovskinin sözlərinə görə, bir neçə mühüm ərazi blokadaya alındıqdan sonra Ukrayna tərəfi ümidsiz vəziyyətdə qalıb.

"Bir neçə hərbçimiz, zabitimiz tuneldən ağ bayraqlarla çıxan qrupla birlikdə danışıqlar prosesini aparmaq üçün yenidən həmin dəstə ilə tunelə daxil olublar. Nəticələri hələ bilmirik", -deyə briqada komandiri bildirib.

O, davam edən danışıqları canlı adlandırıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti