Azərbaycan “Avroviziya”nın münsiflər heyətindən çıxarıldı

   Azərbaycan “Avroviziya”nın münsiflər heyətindən çıxarıldı
  15 May 2022    Oxunub:1077
“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni münsiflər heyətindən çıxarıb.

AzVision.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi saytında qeyd olunub.
Siyahıda Azərbaycanla yanaşı, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marino yer alıb.

Qeyd olunub ki, buna münsiflər heyətinin səsverməsini manipulyasiya etməkdə şübhəli bilinən cəhdlər səbəb göstərilib. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini çıxarıb.

AzVision.az


Teqlər:





Xəbər lenti