İlk peşəkar boksçumuz haqqında film çəkildi

  İlk peşəkar boksçumuz haqqında film çəkildi
  13 May 2022    Oxunub:1302
Azərbaycanın ilk peşəkar boksçusu, yeganə dünya və Avropa çempionu, “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov haqqında sənədli filmin təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, “Motivator Azerbaijan” layihəsinin müəllifi olduğu "Fariz boxer" filmi “Park Cinema Flme Towers”də təqdim olunub.

Tədbirdə xalq artisti Alim Qasımov, "Qəbələ"nin prezidenti Fariz Nəcəfov, Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Güloğlan Cabbarov, boksçunun yaxın dostları və digər qonaqlar iştirak ediblər.

"Fariz boxer" filmi Fariz Məmmədovun həyatı və uğur hekayəsindən bəhs edir.

Tədbirin sonunda xalq artisti Alim Qasımov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və Fariz Məmmədov film haqqında fikirlərini bildiriblər. Fariz Məmmədov filmi ərsəyə gətirənlərə təşəkkür edib.

AzVision.az


Teqlər:





Xəbər lenti