Azərbaycanda 514 nəfər İİV-ə yoluxub

Azərbaycanda 514 nəfər İİV-ə yoluxub
  18 Aprel 2014    Oxunub:883
Azərbaycanda 2013-ü ildə İİV-ə yoluxma ilə bağlı statistika açıqlanıb.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2013-cü ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 514 nəfər olub.

Onlardan 494 nəfəri (96,1 faiz) Azərbaycan vətəndaşı, 20 nəfəri (3,9 faiz) isə əcnəbidir. İİV-ə yoluxması təsdiq edilmiş 514 nəfərdən 203 nəfəri (39,5 faiz) inyeksion yolla İİV-ə yoluxub ki, bunlardan da 163 nəfəri dispanser qeydiyyatındadır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2013-cü ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq edilmiş 4298 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4149 nəfəri (96,5 faiz) Azərbaycan vətəndaşı, 149 nəfəri (3,5 faiz) əcnəbilərdir. İİV-ə yoluxmuş insanların 3353 nəfəri (78 faiz) kişi, 945 nəfəri (22 faiz) qadındır. İİV-ə yoluxması təsdiq edilmiş 4298 nəfərdən 2044 nəfərdə (56,9 faiz) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib ki, onlardan da 1777 nəfər dispanser (72,7 faiz) qeydiyyatındadır.


Teqlər:





Xəbər lenti