Avtoşluq edən harınlar həbs olundu - VİDEO

Avtoşluq edən harınlar həbs olundu  - VİDEO
  18 Aprel 2014    Oxunub:1356
Dünən Zığ şossesində iki avtomobil sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb. Avtomobillərin sahibləri Yevlax gömrüyünün rəisinin oğlu, DİN-də işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar.
DİN avtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun “BMW X6” avtomobili ilə yarışa çıxdığı bildirilir. Həmçinin T.Həsənovu polis sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.

Virtualaz.org saytına məlum olub ki, bu hadisə hakimiyyətin yüksək eşelonlarında ciddi ajiotaj yaradıb. Hazırda Cinayət Məcəlləsinə avtoxuliqanlığa görə avtomobilin müsadirə olunmasına imkan verən düzəlişin edilməsi barədə ciddi müzakirələr gedir.

Məlumata görə, hüquq-mühafizə orqanlıarı oliqarxların və məmurların qanunları tapdalayan balalarına qarşı yeni həbslər həyata keçirməyə hazırlaşır.




Teqlər:





Xəbər lenti