"Barselona"nın 106 yaşlı keçmiş futbolçusu vəfat edib

"Barselona"nın 106 yaşlı keçmiş futbolçusu vəfat edib
  11 May 2022    Oxunub:809
İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu, klubun keçmiş oyunçuları arasında ən yaşlısı sayılan Joan Bautista Lyopis vəfat edib.
Keçmiş qapıçının 106 yaşı var imiş. Lyopis sitrusçuluqla məşğul olan fermerin oğlu olub. O, uşaqlıqdan Kataloniya klubuna dəstək olub. 1941-ci ildə Barselonanın həvəskar komandası ilə müqavilə bağlayıb və 1943-cü ilə qədər 6 yoldaşlıq görüşü keçirib.

O, Luis Miro, Arqili və Pepe Noqezlə rəqabətdə uduzduğu üçün rəsmi oyunlarda iştirak etməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti