UEFA "Qarabağ"ın Kipr klubu ilə oyununu fərqləndirib

UEFA "Qarabağ"ın Kipr klubu ilə oyununu fərqləndirib
  10 May 2022    Oxunub:760
UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunu adına namizəd qarşılaşmalar açıqlanıb. AzVision.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın Bakıda Kipr "Omoniya"sı ilə 2:2 hesablı heç-heçə etdiyi qrup mərhələsinin V tur matçı da yer alıb.
88-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Patrik Andradenin 2-ci topu rəqibin qapısından keçirməsi və cəmi 2 dəqiqə sonra Xordi Qomesin meydanın mərkəzindən vurduğu qolla tarazlığı bərpa etməsi görüşün ən yadda qalan anı kimi təqdim olunub.

10 oyun arasından ən yaxşısı azarkeşlərin səsverməsi ilə seçiləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti