“Gürcüstanda sərhəd məsələsinə yenidən baxılacaq”

“Gürcüstanda sərhəd məsələsinə yenidən baxılacaq”
  18 Aprel 2014    Oxunub:1107
“Azərbaycanda 500 min hektar torpaqda şoranlaşma olduğundan orada bitki yetişdirmək mümkün deyil. Çünki Azərbaycanda şoranlaşma, erroziya torpağın xəstəliyidir”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın əsas kənd təsərrüfatı sahəsi Kür-Araz ovalığıdır.

Bu ərazinin mənfi relyef səviyyəsinə məxsus olduğunu deyən Q.Məmmədov qeyd edib ki, qurunt suyunun səviyyəsi qalxanda burada şorlaşma baş verir: “Bunun nəticəsində də orada bitki əkmək mümkün deyil. Mövcud problemin qarşısını almaq üçün kollektor-drenaj işləməlidir ki, qurunt suyunun səviyyəsi aşağı düşsün və kənd təsərrüfatı bitkilərinə ziyan dəyməsin. Bu da təxminən 500 min hektar ərazini əhatə edən zəif, orta, şiddətli dərəcədə şorlaşma sahələridir”.

Q.Məmmədov qeyd edib ki, Gürcüstanla sərhədlərlə bağlı məsələlərdə yenilik yoxdur.

Ekspertlər səviyyəsində danışıqların getdiyini deyən komitə sədri vurğulayıb ki, Gürcüstan tərəfindən diplomatik yolla dəvət olandan sonra bu məsələyə baxılacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti