“Qarabağ” “Zirə” ilə heç-heçə etdi, "Sabah"dan qələbə

   “Qarabağ” “Zirə” ilə heç-heçə etdi, "Sabah"dan qələbə
  08 May 2022    Oxunub:904
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
AzVision.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. İlk olaraq “Səbail” “Sabah”ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" xallarını 39-a çatdırıb və "Qəbələ"ni arxada qoyaraq 4-cü pilləyə yüksəlib.

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. "Zirə" qalib gəlsə, ən azı 4-cü pilləni təmin edərək Konfrans Liqasına vəsiqəni rəsmiləşdirə bilərdi. Ancaq oyunda qol vurulmayıb.

8 may (bazar)

20:15. “Qarabağ” – “Zirə” - 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Azersun Arena”

18:00. “Səbail” – “Sabah” - 0:2


Qollar: Boyan Letiç, 15, Lukas Rangel, 36
Reallaşdırılmayan penalti - Aleksey İsayev, 2 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“ASCO Arena”

AzVision.az


Teqlər:





Xəbər lenti