İdmançılarımız Gürcüstanda qızıl medal qazandılar

İdmançılarımız Gürcüstanda qızıl medal qazandılar
  08 May 2022    Oxunub:781
Azərbaycan idmançıları Rövşən Xəlilov və Aydın Hümbətov Gürcüstanda keçirilən stronqmen üzrə Tbilisi Beynəlxalq Qran-Prisində qızıl medal qazanıblar.
AzVision.az xəbər verir ki, Xəlilov 80, Hümbətov isə 105 kiloqramdan yuxarı çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, R.Xəlilov dünya və Avropa, A.Hümbətov isə Azərbaycan çempionudur.

AzVision.az


Teqlər:





Xəbər lenti