"Qarabağ" Azərbaycan çempionu oldu

"Qarabağ" Azərbaycan çempionu oldu
  03 May 2022    Oxunub:2721
"Qarabağ" Azərbaycan Premyer Liqasında 9-cu dəfə çempion olub. "Sabah" komandası ilə heç-heçə oynayan klub vaxtından əvvəl çempionluğu təmin edib. AzVision.az xəbər verir ki, "Qarabağ" bu göstəricidə "Neftçi"yə çatıb.
Bu, həmçinin, Ağdam klubunun Qurban Qurbanovun rəhbərliyi altında 8-ci çempionluğudur.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl 1993-cü ildə, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 mövsümlərində qızıl medallara sahib çıxıb.
Oyundan sonra açıqlama verən baş məşqçi deyib ki, ""Hisslərimi sözlə ifadə edə bilmirəm. Sevincliyik. Oyunçularım çempionluğa layiq idilər. Çempioanıt eyni templə davam etdilər".
AzVision.az



Teqlər:





Xəbər lenti