Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə üz-üzə
Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.
Hazırda 8 xalı olan Məmmədyarov 6-cı pillədə qərarlaşıb. 12 xala malik Karlsen isə Praqnanandha ilə 1-2-ci yerləri bölüşdürür. Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
AzVision.az
Teqlər: Şahmat