Ukrayna Premyer Liqası vaxtından əvvəl başa çatdırıldı

Ukrayna Premyer Liqası vaxtından əvvəl başa çatdırıldı
  26 Aprel 2022    Oxunub:1554
Ukrayna Premyer Liqasında 2021/2022 mövsümü vaxtından əvvəl başa çatdırılıb. AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu gün Premyer Liqa klublarının nümayəndələrinin iştirakı ilə videoformat şəklində iclas keçirilib.
Ölkədəki müharibə şəraitininin uzanması səbəbindən çempionatın başa çatdırılmasının mümkün olmadığı üçün bu qərar verilib.

Qərarə əsasən, 24 fevral 2022-ci il tarixinə olan turnir cədvəli 2021/22 mövsümünün yekun sıralaması olacaq. Yəni Donetsk "Şaxtyor"u çempion, Kiyev "Dinamo"su 2-ci, "Dnepr-1" komandası isə 3-cü yeri tutub. Qaliblərin mükafatlandırılmayacağı bildirilib.

Qərar təsdiqlənmək üçün Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsinə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti