Rusiya daha bir yarışdan məhrum edildi

 Rusiya daha bir yarışdan məhrum edildi
  25 Aprel 2022    Oxunub:1260
Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiyanın 2022/2023-cü illər mövsümündə fiqurlu konkisürmə üzrə Qran Pri yarışını keçirmək hüququndan məhrum edildiyini açıqlayıb. Buna səbəb kimi Moskvanın Ukraynaya hərbi müdaxiləsi göstərilir.
AzVision.az xəbər verir ki, məlumat qurumun mətbuat xidməti tərəfindən yayılıb.

"ISU Şurası münaqişədən zərər çəkmiş bütün şəxslərlə həmrəy olduğunu bir daha təsdiq edir və Rusiyanın Ukraynaya təcavüzünü pisləyir. Birlik Rusiyanın Ukraynaya hücumunu pisləyir. Rusiya ərazisində İSU-nun himayəsi altında hər hansı yarışların keçirilməsi qadağandır”, - məlumatda deyilir.

Bildirilir ki, Rusiya ilə yanaşı Belarus da ISU-nun himayəsi altında təşkil olunan turnirlərə vəsiqə qazana bilməyəcək. Bundan başqa Rusiya və Belarus nümayəndələri təşkilatın iyunda keçiriləcək qurultayında iştirak etməyəcək və onlar seçkili vəzifələrə müraciət edə bilməyəcəklər.

Bundan əlavə, İSU Ukrayna federasiyasını dəstəkləmək üçün 200 min İsveçrə frankı ayırmağa qərar verib.

Qeyd edək ki, məlum turnir 2022-ci il noyabrın 26-dan 28-dək keçirilməli idi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti