Dünya kuboku: Komandamız qızıl medal qazandı

      Dünya kuboku:    Komandamız qızıl medal qazandı
  24 Aprel 2022    Oxunub:1103
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakı keçirilən Dünya kubokunda qızıl medal qazanıb.


AzVision.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə Azərbaycan komandası 5 halqa ilə hərkətlərin icrasına görə 1-ci olub. Komandamız 32.850 xal toplayıb. İtaliya 32.450 xalla 2-ci, İsrail 32.050 xalal 3-cü olub.
Qeyd edək ki, dünən komandamız çoxnövçülük yarışlarında gümüş medala sahib çıxmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti