Fransa prezident seçkilərinin ikinci turu başladı
Fransanın materik hissəsində, o cümlədən Korsika adasında seçki məntəqələri aprelin 24-ü səhər saatlarında açılacaq və yerli vaxtla saat 20:00-dan gec olmayaraq bağlanacaq. Məntəqələr bağlanana qədər namizədlərə və onların nümayəndələrinə təşviqat xarakterli bəyanatlar yaymaq, ictimaiyyətlə görüşlər keçirmək, o cümlədən öz internet saytlarında məlumatları yeniləmək və sosial şəbəkələrdə mesajlar yerləşdirmək qadağandır.
Qeyd edək ki, Fransada 2022-ci il prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Seçki yarışında 12 namizəd iştirak edib. Bütün bülletenlərin hesablanmasından sonra ikinci tura iki namizəd - ikinci müddətə namizədliyini irəli sürən Fransanın hazırkı Prezidenti Emmanuel Makron (27,84% səs) və Milli Birlik Partiyasının namizədi Marin Le Pen (23,15% səs) keçib.
Xatırladaq ki, 2017-ci ildə də bu rəqiblər ikinci tura yüksəlmişdi və o zaman Makron ikinci turda səslərin 66,1%-ni toplayaraq prezident seçilmişdi.
AzVision.az
Teqlər: Fransa