"Dinamo Zaqreb"də şok istefa - Kopiç getdi

      "Dinamo Zaqreb"də şok istefa - Kopiç getdi
  21 Aprel 2022    Oxunub:705
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mütəxəssis klubun saytına açıqlamasında rəhbərliyə, oyunçulara və bütün işçilərinə təşəkkür edib.

"Dinamo" isə ona işlərində uğurlar arzulayıb.

Qeyd edək ki. J. Kopiç 2021-ci ilin dekabrından "Dinamo"nu çalışdırırdı. Komanda dünən 9-cu turda təxirə salınmış oyunda "Hayduk"a 0:1 hesabı ilə uduzub. "Dinamo" turnir cədvəlində hazırda 66 xalla 1-cidir.

AzVision.az



Teqlər:





Xəbər lenti