Mahir Emreli sevgilisindən danışdı

   Mahir Emreli sevgilisindən danışdı
  20 Aprel 2022    Oxunub:1428
Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emreli sevgilisindən danışıb. AzVision.az xəbər verir ki, idmançı bu barədə Xorvatiya "sportske.jutarnji.hr" nəşrinə müsahibəsində açıqlama verib.
Sevgilisi olduğunu etiraf edən Emreli Zaqrebdə onunla birlikdə qaldığını bildirib: "Gələn həftə anam və bacım yanıma gələcək. Bacım mənimlə idi, amma qayıtmalı oldu, indi yenə gələcək. Düzü, çölə çox çıxmıram. Daha çox evdə oluram. Hər şey evimə yaxındır. Kofe içsəm, evdən çıxıram. Yeri gəlmişkən, Zaqrebi çox sevirəm. Bura mənə uyğun şəhərdir. Böyük şəhərləri sevmirəm. Zaqreb mənə Bakını xatırladır, o da böyük şəhər deyil. Bir yerdən digər yerə tez getməyi sevirəm. Zaqrebdə özümü əla hiss edirəm".

AzVision.az


Teqlər:





Xəbər lenti