AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv edilir

 AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv edilir
  21 Aprel 2022    Oxunub:1399
AFFA-da icraçı vitse-prezident vəzifəsinin ləğvi gözlənilir.
AzVision.az -ın xəbərinə görə, bu haqda bu gün Şamaxıda jurnalistlərə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

Onun sözlərinə görə, icraçı vitse-prezidentin səlahiyyətlərini baş katib həyata keçirəcək. 4 vitse-prezident vəzifəsi isə qalacaq.

Xatırladaq ki, Elxan Məmmədov FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru vəzifəsinə təyin olunması ilə əlaqədar AFFA-nın icraçı-vitse prezidentliyindən gedib.

AzVision.az


Teqlər:





Xəbər lenti