Tiknizyan Ermənistan millisini təmsil etməkdən imtina etdi

   Tiknizyan Ermənistan millisini təmsil etməkdən imtina etdi
  16 Aprel 2022    Oxunub:781
Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Nair Tiknizyan növbəti dəfə Ermənistan millisini təmsil etməkdən imtina edib. AzVision.az xəbər verir ki, bununla bağlı “Çempionat”a futbolçunun agenti Aleksandr Klyuev məlumat verib.
- Ermənistan millisi vaxtaşırı Nairə yığmada oynamaq üçün dəvətlər göndərir. Onlar sonuncu dəfə bir neçə həftə əvvəl ona üz tutublar. Amma Tiknizyan hələ ki, qərarında heç nəyin dəyişmədiyini deyib. O, Rusiya yığmasında oynamaq əzmindədir, - Klyuev deyib.

Qeyd edək ki, Tiknizyan Rusiyanın gənclərdən ibarət yığma komandasında çıxış edib. O, Rusiya və Ermənistan pasportu daşıyır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti