“Atletiko” – “Mançester Siti” oyununda qalmaqal - FOTOLAR

“Atletiko” – “Mançester Siti” oyununda qalmaqal -    FOTOLAR
  14 Aprel 2022    Oxunub:1027
Çempionlar Liqasının 1/4 finalında “Atletiko” – “Mançester Siti” görüşündə (0:0) komandaların futbolçuları arasında mübahisə yaşanıb.
AzVision.az “Marca”ya istinadən xəbər verir ki, bu qarşılaşmanın ikinci hissəsində “Atletiko”nun oyunçusu Felipenin rəqib futbolçu Fil Fodenə qarşı sərt oynamasından sonra baş verib. Daha sonra futbolçular arasında dava başlayıb. Madrid təmsilçisinin oyunçusu Stefan Saviç rəqib komandadan Cek Qrilişin saçından tutub. Görüşün baş hakimi Daniel Siebert isə “Atletiko”dan Stefan Saviç, Felipeyə, “Mançester Siti”dən isə Natan Ake, Riyad Mahrez, Fil Foden və Joao Konseloya sarı vərəqə göstərib. Hətta qarşılaşmanın 90+10-cu dəqiqəsində İspaniya klubunun baş məşqçisi Dieqo Simeone meydana daxil olduğu üçün sarı vərəqə ilə cəzalandırılıb.

Matçın final fitindən sonra isə tribunalarda iki komandanın oyunçuları paltardəyişmə otağına gedərkən növbəti dəfə mübahisə ediblər və polis münaqişəyə müdaxilə edib.

Qeyd edək ki, “Mançester Siti” ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinal mərhələsinə adlayıb.





AzVision.az


Teqlər:





Xəbər lenti